“Putinə məmnuniyyətlə xəyanət etdim...”
Moderator.az Ukrayna mediasına istinadla yazır ki, bunu Rusiya və Ukraynada tanınmış jurnalist və televiziya aparıcısı, “Exo Moskvı” radiostansiyasının əməkdaşı Matvey Qanapolski “Ukraynanın məşhur “Qordon” internet nəşrinin baş redaktoru Alesi Batsmanın “112 Ukrayna” telekanalındakı “BATSMAN” müəllif proqramındakı müsahibəsində deyib. Müsahibənin “Qordon” nəşrində dərc olunmuş həmin hissəsini nəzərinizə çatdırırıq:“...Vladimir Vladimiroviçə zövqlə xəyanət etdim. Problem yoxdur. Ona 20 dəfə də xəyanət edə bilərəm. İlk dəfə ona özü üçün təşkil etdiyi Dövlət Dumasına saxta seçkilər üçün xəyanət etdim. “Moskva ətrafında öləcəyik!” Onun Manej meydanında necə durduğunu xatırlayırsınızmı? Sonra 2008-ci ildə Gürcüstanla müharibəyə görə Putinə xəyanət etdim. Nəhayət, bir neçə il öncə Ukrayna ilə müharibə zamanı ona xəyanət etdim. Putin mənsiz də keçinər. Ölkə dəyişəcəkmi? Biz düşünəcəyik... Yaxşı, layiqli insanlarla, məsələn, “Exo Moskvı” radiostansiyasında həyatın məni bağladığı dostlarım və həmkarlarımla əməkdaşlıq etməkdən çox məmnunam...”
Qeyd edək ki, Ukraynanın Lvov şəhərində doğulmuş M.Qanapolski 2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiyada daimi yaşamaqdan imtina edib və Ukraynaya köçüb. Lakin dediyinə görə, hazırda da “Exo Moskvı” ilə əməkdaşlığı davam etdirir və hərdən Moskvaya gedib-gəlir.