Hökumət qüvvələri Kərkükə nəzarəti ələ alandan sonra şəhərdə teraktların sayı xeyli azalıb.
Axar.az xəbər verir ki, bu sözləri İraq Terrorla Mübarizə Qüvvələrinin komandanı Maan əs-Saadi deyib.“Son iki ayda separatçı qruplaşmalara məxsus 4 şəbəkə məhv edilib. Şəhərin mərkəzinə və sərhəddəki müşahidə məntəqələrinə hücumlar təşkil edən bu şəbəkələr 5-9 nəfərdən ibarət idi. Onları zərərsizləşdirdik. Üstəlik, yerli əhalidən zorla aldıqları nəqliyyat vasitələrini xalqa qaytardıq. Kərkükü bu ünsürlərdən təmizləyənə qədər axtarışlarımız davam edəcək”, - əs-Saadi bildirib.
Qeyd edək ki, İraq ordusu oktyabrın 16-da peşmərgənin geri çəkilməsindən sonra Kərkükə nəzarəti bərpa etmişdi.