İki gün ərzində Gürcüstanda vətəndaşlardan 100-ə yaxın silah sursat və xeyli narkotik maddə götürülüb
Axar.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ölkədə ictimai təhlükəsizliyin qorunması məqsədilə dekabrın 22-23-də reydlər keçirib. Nəticədə ümumilikdə 36 330 şəxs yoxlanılıb, onlardan 70 nəfəri saxlanılıb.Əməliyyat axtarış tədbirləri nəticəsində vətəndaşlardan 50 ədəd odlu silah, 33 ədəd qumbara, 2278 patron, xeyli narkotik maddə götürülüb. Saxlanılan 70 nəfərdən 32-si Cinayət Məcəlləsinin konkret maddələri ilə təqsirli bilinib, 38-i isə inzibati hüquqpozmalara görə nəzarətə götürülüb.
Bundan başqa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan daha 13 nəfər saxlanılıb.
Nazirlikdən bildiriblər ki, əməliyyat-axtarış tədbirləri davam etdirilir.