Türkiyənin Kayseri şəhərində yerləşən erməni Ortodoks Surp Krikor Lusavoriç kilsəsi şəhər bələdiyyəsi tərəfindən 3,5 milyon lirəyə (1 milyon 540 min manat) təmir ediləcək.
Tarixi dövrü 1991-ci ilə dayanan və ermənilərin Qrogeryen məzhəbinin yarandığı kilsə olaraq tanınan tikilinin divarları və bağçasının həyətindəki 1868-ci ildən qalma məktəb təmir ediləcək.Şəhər bələdiyyəsinin sədr müavini Hamdi Elcüman bildirib ki, 1996-cı ildə kayserili iki erməni xeyriyyəçinin təklifi ilə ibadətə açılan qədim tarixli kilsə ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi Ərazi Qoruma Qurumundan alınan icazədən sonra 2018-ci ilin əvvəlində layihənin tamamlanacağı bildirilib. Bundan sonra 4 ay yarım davam edəcək restovrasiya və bərpa işlərinin başlayacağını deyib.
Ermənilərin həcc məkanlarındandır…
Kayseri şəhərinin erməni kilsəsinin tarixində çox əhəmiyyətli yeri var. Dövründə Orta Anadolunun ən əhəmiyyətli kəndi və 400 min əhalisi olan Kayseri St. Krikorun böyüdüyü, təhsil aldığı və xristianlığı qəbul etdiyi yerdir. St.Krikorun öndərliyi sayəsində erməni kralı III Dırtad Xristianlığı ölkəsinin rəsmi dini olaraq qəbul edib. Kilsə ermənilərin həcc məkanlarından biri olub. Kayseridə xristianlıqla tanış olan Kruikor ordan Ermənistana gedib erməni kralı Dırtadın, şahzadələrin, ordunun və erməni xalqının da xristianlığı qəbul etməsinə vəsilə olub.
VİDEONU BURADAN İZLƏYİN