Ermənistan-Türkiyə sərhədini qoruyan rus sərhədçilərinin xidmət yerlərini tədricən tərk etməsi müşahidə olunur.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Jamanak” qəzeti yayıb.Məlumatda rusların artıq müşahidə qüllələrini sökdüyü, sərhəd xidmətlərini dayandırdığı bildirilib.
Erməni tərəfi rusların Ermənistan-Türkiyə sərhədini tərk etməsini guya türklərin öz sərhədlərini modernləşdirmələri və Rusiya tərəfindən maliyyə dəstəyinin kəsilməsi ilə izah edirlər.
Ermənişünas İsmayıl Tanrıverdi isə baş verənləri son zamanlar Rusiya-Ermənistan münasibətlərinin kəskin şəkildə pozulması ilə əlaqələndirir.