Ermənilərin “az işləyib, yaxşı yaşamaq” prinsipi baş nazir Karen Karapentyanın özündən çıxardı.
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan baş naziri Kren Karapetyan jurnalistlərə söhbəti zamanı bildirib ki, bizim əhali az işləyib, amma yaxşı yaşamaq istəyir, bu da belə olmur.Baş nazirin sözlərinə görə, Ermənistanda yoxsulluq səviyyəsinin göstəriciləri onu narahat edir:
“Əlbəttə, yoxsulluğun səviyyəsinin göstəriciləri, narahatlıq doğurur. Siz görəcəksiniz ki, biz bu göstəriciləri azaldıb, idarə etməni gücləndirəcəyik, hökumətin bütün fəaliyyəti bu istiqamətə yönəlibdir”, – deyə Karen Karapetyan əlavə edib.