Ermənilər yalnız rus maşını ala bilər – Qadağa

Ermənilər yalnız rus maşını ala bilər – Qadağa backend

Ermənistana Avrasiya İttifaqına üzv olmayan ölkələrdən avtomobil gətirilməsi qadağan edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.

“Yanvarın 1-dən bu qadağa qüvvəyə minə bilər. Belə ki, bununla Avrasiya İttifaqına üzv olmayan ölkələrdən şəxsi məqsədlər üçün avtomobillərin gətirilməsi qadağan ediləcək. Buna səbəb isə Avrasiya İttifaqının intellektual mülkiyyət obyektlərinin haqlarının qorunması və mühafizəsi üzrə 5-ci protokolun 16-cı bəndi olub. Buna əsasən üzv ölkələrin ərazisində ticarət nişanının müstəsna hüququnun tükənməsi prinsipi tətbiq olunur”, – deyə qəzet bildirib.

Qeyd edək ki, Avrasiya İttifaqına Qazaxıstan, Belarus, Rusiya, Qırğızıstan və Ermənistan daxildir.
Diaspora