Ərəbcə şüarlar, İsrail polisinin sərt müqaviməti, gözyaşardıcı qaz, səs bombaları, atılan daşlar... Qüdsün şərqində başlayan etiraz aksiyaları və qarşıdurma davam edir.
Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu gün Qüdsün əsas küçələrindən sayılan Selahaddin qapısında polis səs bombalarından istifadə edərək kütləni dağıtmağa müvəffəq olub. Həbs olunanlar var.Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etdikdən sonra Fələstində etirazlar başlayıb.