İrəvandan kapital axını: yüzmilyonlar çıxarıldı

İrəvandan kapital axını: yüzmilyonlar çıxarıldı backend

Ermənistandan cari il ərzində kapital axını artıb.

Axar.az xəbər verir ki, “Joxovurd” qəzeti şəxsi transfertlər vasitəsilə oktyabrda Ermənistandan 115,706 milyon dollar çıxarıldığını bildirib.

“Bu, son bir neçə ildə ən yüksək rəqəmdir. Son aylar ərzində ölkədən kapital axını mütəmadi olaraq artır. Ölkədən çıxarılan pulun böyük hissəsi Rusiyaya daşınır. Ölkədən çıxarılan 43,696 milyon dollar İrəvandan Moskvaya göndərilib. Son 10 ay ərzində Ermənistandan 814,218 milyon dollar pul xaricə göndərilib. Bu göstərici keçən ilin analoji dövründə 641 milyon dollar olmuşdu”, – qəzet qeyd edib.
Diaspora