Rusiya “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raket daşıyıcısını kosmosa buraxıb.
Axar.az xəbər verir ki, raket daşıyıcısı kosmosa 19 peyk aparıb. Bu peyklər içərisində ən böyüyü Rusiyaya məxsus Meteor-M №2-1 olub. Digər 18 ədəd kiçik ölçülü peyk isə Rusiya (1 ədəd), Kanada (1), Norveç (1), Yaponiya (1), İsveç (1), ABŞ (12) və Almaniyaya (1) aid olub.Qeyd edək ki, Meteor-M №2-1 peyki Meteor-3M kosmik kompleksinin 3-cü aparatıdır. Bu kompleks qlobal hidrometeoroloji informasiyaların əldə olunması, ozon qatının və kosmik məkanda radiasiya şəraitinin nəzarətdə saxlanılması üçün nəzərdə tutulub.