Ukraynada Azərbaycan məscid tikəcək

Ukraynada Azərbaycan məscid tikəcək backend

Ukraynada Azərbaycan icmasına aid məscid tikiləcək.

A24.Az İnterpress.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna patriarxı və Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov birgə müzakirələr aparıblar.

Onun sözlərinə görə, Ukrayna hökuməti ilə məscidin tikiləcəyi yer və inşaatla bağlı texniki məsələlər həllini tapmaq üzrədir.

E.Məmmədov bildirib ki, hazırda Kiyevdə və digər şəhərlərdə məscid var Lakin Ukraynada yaşayan həmvətənimizi bir arada toplamaq üçün, dini radikal qüvvələrdən qorumaq üçün Azərbaycan icmasına aid məscidin tikintisinə ehtiyac var.

“Məscidlərin tikintisi Ukraynanın bütün bölgələri üçün aktual məsələdir. Biz çalışırıq ki, həmvətənimizə i cümlədən Ukrayna və Azərbaycan arasında olan dostluq və əməkdaşlığa töhfə verək. İnanıram ki, məscidin tikintisi hər Ukrayna müsəlmanlarının ürəyincə olacaq və bu məscid qardaşlığa sülhə öz töhfəsini verəcək”.
Diaspora