Saakaşvili: “İlk dəfə Cənubi Qafqazda...”

Saakaşvili: “İlk dəfə Cənubi Qafqazda...” backend

“11 il əvvəl Gürcüstan dövləti Acariya üzərində nəzarəti bərpa etdi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində çıxış edib. Onun sözlərinə görə, Gürcüstan Acariya üzərində nəzarəti bərpa etməklə möhtəşəm tarix yazmış oldu:

“Yerli feodal Abaşidzeni general Netkaçevin başçılığı altında olan şəxsi ordu qoruyurdu. Bu altı minlik ordu 2004-cü ildə silahlarını Gürcüstan ordusuna tərəf istiqamətləndirdi. Acariya Gürcüstandan gömrük postları vasitəsilə ayrıldı. Buradakı insanlar təhqir olunaraq, yoxlamalara məruz qaldılar. Abaşidze Tiflisə gəlməkdən imtina etdi, amma əvəzində hər ay Moskvaya tapşırıqlar almaq üçün uçurdu. Acariya konstitusiyası Gürcüstan konstitusiyası ilə səsləşmirdi. Bütün bunların hamısına 2004-cü ilin 6 mayında son qoyuldu və indiyə qədər Gürcüstan regionlarından heç birinin çatmadığı oyanış başladı. Bizim sevimli Batumi unudulmuş şəhərdən dünya brendinə çevrildi. Acariyanın geri qaytarılması 1991-ci ildən bu yana postsovet məkanında yeganə hadisə idi. İlk dəfə Moskvanın aldığı torpaqlar onların əlindən çıxmışdı. Bir şeyi dəqiq bilirəm ki, bu böyük qələbə olmasaydı, müasir Gürcüstan dövlətçiliyi mövcud olmazdı”.
Diaspora