Türkiyənin bələdiyyə sədrləri Cocuq Mərcanlıda

Türkiyənin bələdiyyə sədrləri Cocuq Mərcanlıda backend

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti noyabrın 6-da Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olublar.


Qaziler.az AZƏRTAC-a istinad'n xəbər verir ki, qonaqlar əvvəlcə Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Cocuq Mərcanlıya gələn türkiyəli qonaqlar burada aparılan tikinti-quruculuq işləri ilə tanış olub, orta məktəbə, kənddə tikilən Şuşa məscidinin bənzəri olan məscidə baş çəkiblər.

Sonra Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhər” niyyət protokolunun imzalanması mərasimi keçirilib.

Kənddə Azərbaycan-Türkiyə qardaşlıq parkı salınıb və ərazidə şam ağacları əkilib.






Diaspora