Gələn il Ermənistanda yanacaq-sürtkü malları 5 dəfə bahalaşacaq.
“Report” Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 1-dən gündəlik tələbat mallarının qiymətinin də artması gözlənilir.Qəzet yazıb ki, benzinin bir tonunun aksizi 52 dollardan (25 min dram) 83,3 dollaradək (40 min dram), yanacaq-sürtkü mallarının aksizi 5 dəfə, spirtli içkilərin və tütün məmulatlarının aksizinin də artacağı gözlənilir.