Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu gün ölkə parlamentinin iclasında jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.
Erməni KİV-i xəbər verir ki, jurnalistlərin Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Cenevrədə baş tutan görüşdən sonra atəşkəs rejiminin pozulması və qurbanların olması barədə sualına cavab olaraq müdafiə naziri bildirib: “Bunun üçün mətbuat xidmətinə müraciət edin. Siz istəyirsiniz ki, bu insanlar işsiz qalsın? Onlara müraciət edin. Bizim mətbuat xidmətimiz var. Onlar sizin bütün sualları müzakirə edib, cavablandıracaqlar”.“Onda müdafiə naziri postu nəyə lazımdır” sualını isə Sarkisyan “Müvafiq siyasət aparmaq üçün”, - deyə cavablandırıb.
(azvision.az)