PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb - Türkiyədə

PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb - Türkiyədə backend

Türkiyənin Van vilayətində PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, atışmada 3 terrorçunun öldürüldüyü bildirilir.

İnsident bu gün Van vilayətinin Başqala rayonunda qeydə alınıb. Yaralanan əsgərlərin həyatına təhlükə olmadığı bildirilir.

Bölgədə antiterror əməliyyatı davam edir.
Diaspora