Ermənistanda sabiq deputat qətl hazırlamaqda ittiham olunur

Ermənistanda sabiq deputat qətl hazırlamaqda ittiham olunur backend

Ermənistanda həbs olunan keçmiş deputat, “Çiçəklənən Ermənistan” Partiyasının üzvü, iş adamı Qoar Yenokyan qətl hazırlamaqda ittiham olunur.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, baş prokuror tərəfindən bu xidmətə göndərilən cinayət işinin ilkin istintaqı çərçivəsində Q. Yenokyan saxlanılıb. O, qətl hazırlığında ittiham edilir.

Xanım Qoar Yenokyanın kimi öldürtmək istədiyi açıqlanmayıb. İstintaq davam edir.
Diaspora