Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Ermənistan spikeri Halust Saakyanın de-fakto Cənubi Osetiyanın Sxinval regionunun nümayəndəsi ilə görüşü barədə Gürcüstan XİN-ə çağırılıb. Bu barədə Trend Novosti-Qruziya dərgisinə istinadən məlumar verir.
Cənubi Osetiya KİV-in iddiasına görə, de-fakto Gürcüstanın separatçı regionu Sxinvalın parlament spikeri olan Anatoli Bibilov ermənistanlı həmkarı Halust Saakyanın dəvətilə Azərbaycanın işğal altında olan ərazisində - Dağlıq Qarabağda səfərdə olub.Nazirliyin məlumatında deyilir: “Gürcüstanın xarici işlər naziri Qiqi Qiqiadze Etmənistanın spikeri ilə Rusiyanın işğalçı rejimində Sxinval regionunun hazırki nümayəndəsi, qondarma “parlamentin sədri” ilə görüşündən olduqca narahat olduğunu bildirib”.