Ərdoğan Bərzanini hədələdi

Ərdoğan Bərzanini hədələdi backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraqda Kürdüstan dövlətinin yaradılması ilə bağlı keçirilən referendumdan sonrakı vəziyyəti dəyərləndirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan Şimali İraq kürdlərinin lideri Məsud Bərzaniyə xitabən deyib: "Referendum adlandırılan həmin hadisə sadəcə səbəbdir. Nəticə bundan sonra üzə çıxacaq. İş hələ bitməyib. Ətrafında İran, Türkiyə, Suriya, İraq kimi ölkələr var. Oradan necə çıxacaqsan?”.

Ərdoğan sözlərinə belə davam edib: “Biz üzərimizə geyindirilməsinə çalışılan dəli paltarını çıxardıb atdığımız üçün hədəf olmuşuq. Türkiyəni cənubdan zəiflətmək istəyirlər. Ölkəmizin içinə də sirayət etmiş böyük bir oyun var, amma biz buna mane olacağıq. Gizli bir şey yoxdur. Bəzilərinin öz xəyallarını həyata keçirmək üçün bütün bölgəni təhlükəyə atmasına imkan verməyəcəyik”.

Ərdoğan Kürdüstan muxtariyyətinin rəhbərliyini İŞİD-in bölgədə yaratdığı xaosdan istifadə etməkdə günahlandırıb və atılan addımların yanlış olduğunu deyib. Lakin o, Bərzani və onun nəzarətində olan muxtariyyətə qarşı hansı sanksiyaların tətbiq ediləcəyinə toxunmayıb.
Diaspora