Oktyabrın 4-ü Ermənistan parlamentində Avrasiya İqtisadi İttifaqı ilə bağlı qanun layihəsi səsə qoyulub.
Novator.az-ın məlumatına görə, müxalif “Çıxış” blokunun hazırladığı layihə Ermənistanın Avrasiya İqtisadi İttifaqından ayrılması üçün parlament komissiyası yaradılmasını nəzərdə tutur. Layihə müəllifləri Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını və Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasını təklif edirlər.Parlament üzvləri “Çıxış”ın layihəsini dəstəkləməyib. Layihənin lehinə 10, əleyhinə 79 səs verilib.
Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar. Təşkilatına icra orqanı olan Avrasiya İqtisadi Komissiyasına Ermənistan təmsilçisi Tiqran Sərkisyan sədrlik edir.
“Çıxış” Ermənistan parlamentində 9 mandatla təmsil olunur. Bloka Vətəndaş Sazişi Partiyasının lideri Nikol Paşinyan rəhbərlik edir.