Rusiya aviasiyasının Suriya ərazisindəki hədəflərə endirdiyi zərbələr nəticəsində silahlılar 19-29 sentyabr tarixlərində 2359 ölü və 2700-dək yaralı olaraq təsdiqlənmiş itki verib.
RİA “Novosti” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.Məlumata görə, məhv edilmiş terrorçular arasında 16 nəfəri komandir, 400-dən çoxu isə MDB ölkələrinin vətəndaşıdır.
Rusiya aviasiyası qeyd olunan müddət ərzində terrorçulara məxsus 67 dayaq məntəqəsi, 27 tank, 21 zenit-raket qurğusu, 149 avtomobil və 51 hərbi sursat anbarı məhv edib.