Beynəlxalq Sülh Günü münasibətilə Ağcabədidə sərgi açılıb

Beynəlxalq Sülh Günü münasibətilə Ağcabədidə sərgi açılıb backend

Sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bununla əlaqədar, hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirilir.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Sülh Günü münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilib. İki hissədən ibarət olan sərginin birinci hissəsi “Müharibə analar üçün ən dəhşətli lənətdir” mövzusundadır. Burada müharibədən əziyyət çəkən uşaqlarla bağlı fotolar sərgilənir. İkinci hissədə isə “Yurdda sülh, cahanda sülh!” devizi ilə insanları sülhə səsləyən fotolar nümayiş olunur.

Sərgi sentyabrın sonunadək davam edəcək. Mərkəzdə, həmçinin Beynəlxalq Sülh Gününə həsr edilmiş silsilə tədbirlər keçiriləcək.
Diaspora