Laçın rayonundan olan aztəminatlı ailələrə qurban payları verilib

Laçın rayonundan olan aztəminatlı ailələrə qurban payları verilib backend

İslam dünyasının ən əziz bayramlarından olan Qurban bayramı respublikamızın hər yerində olduğu kimi laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində də geniş qeyd olunub.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 120 baş xırdabuynuzlu heyvan kəsilərək, imkansız, şəhid, əlil, tənha ailələrə verilib. Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Ağcabədi, İmişli, Bərdə, Tərtər, Kürdəmir, Saatlı, Sabirabad, Şəki, Qax, Qəbələ rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış 1200 laçınlı məcburi köçkün ailəsinə qurban payları çatdırılıb.

Məcburi köçkünlər göstərilən bu diqqətə görə minnətdarlıqlarını ifadə edib, növbəti bayramların işğaldan azad edilmiş doğma torpaqlarda keçirilməsini arzulayıblar.
Diaspora