Gürcüstan baş naziri Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb

Gürcüstan baş naziri Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb backend

Gürcüstan baş naziri İrakli Qaribaşvili hökumətin yeni tərkibini açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yerli qanunvericiliyə əsasən, bundan sonra prezident Georgi Marqvelaşvili hökumətin yeni tərkibini parlamentə təqdim etməlidir.

Öz növbəsində parlament yeni hökumətə etimad göstərməlidir.

Qeyd edək ki, bu həftə İ. Qaribaşvilinin rəhbərlik etdiyi Nazirlər Kabinetindən sayca yeddinci nazir istefa verib. Bu üzdən də hökumətə etimad məsələsi gündəmə gəlib.

Onu da əlavə edək ki, İ. Qaribaşvili ölkə tarixində ilk dəfə müdafiə naziri postuna qadın namizədi irəli sürüb. Bu, deputat Tina Xidaşelidir. T. Xidaşelidən başqa siyahıda infrastruktur və idman naziri postlarına namizədlər yer alıb.
Diaspora