Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tovuz rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Tovuz Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasına idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulublar.Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov AZƏRTAC-a bildirib ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə keçirilən tədbirdə Hematologiya və Qanköçürmə İnstitutunun əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və qanlarında xəstəlik aşkarlanmayan donorlardan dan götürüblər.
Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün tibb müəssisəsinə 300 nəfərdən çox rayon sakini müraciət edib və onların 200 nəfərindən qan götürülüb.