“Elektron hökumət“ quruculuğu üzrə növbəti təlimlər Ağcabədi və İmişli rayonlarında olub

“Elektron hökumət“ quruculuğu üzrə növbəti təlimlər Ağcabədi və İmişli rayonlarında olub backend

Region sakinlərinin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi seminarlar keçirib.


Seminarlar “Elektron hökumət” portalı, Elektron imza, “Açıq hökumət məlumatlarından istifadə, elektron arayışlar və digər elektron xidmətlər üzrə mövzuları əhatə edib.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının və özəl sektorun nümayəndələrinin də qatıldığı təlimlərdə ümumilikdə 100-dən artıq yerli sakin iştirak edib.

İctimai Birliyin sədr müavini Ceyhun Abbasov və Məlumat Hesablama Mərkəzinin əməkdaşı Elvin Cəfərlinin təqdimatında iyulun 14-də Ağcabədi və iyulun 15-də İmişlidə keçirilmiş təlimlərdə yerli sakinlərə "Elektron hökumət" portalından istifadə etməklə dövlət qurumlarının təqdim etdiyi yüzlərlə xidmətdən vaxt və zaman itkisi olmadan yararlanmağın qaydaları öyrədilib. Regionlarda yaşayan vətəndaşların bu sahədə az məlumatlı olması maarifləndirmənin zəruriliyini bir daha təsdiq edib.

Təlim iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş "Elektron hökumət" barədə maarifləndirici kitab paylanılıb.

Qeyd edək ki, seminar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə baş tutub.
Diaspora