Ağsuda yarım ildə 1626 yeni iş yeri açılıb

Ağsuda yarım ildə 1626 yeni iş yeri açılıb backend

Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağsu rayonunda da öz uğurlu nəticələrini verir.


Sahibkarlığın inkişafına hərtərəfli dəstək, yeni istehsal sahələrinin açılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, təbii ki, iş yerlərinin açılması ilə nəticələnir. Təsadüfi deyil ki, cari ilin ilk 6 ayında Ağsuda 1626 yeni iş yeri açılıb.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, açılan iş yerlərinin hamısı daimidir. Yeni iş yerlərinin 1380-ni fiziki şəxslər tərəfindən yaradılıb, 233-ü mövcud müəssisə və təşkilatlar, 13-ü isə yeni fəaliyyətə başlayan müəssisələrdə açılıb.
Diaspora