Füzuli rayon ictimaiyyətinin nümayəndələri Silahlı Qüvvələr Günü münasibətilə cəbhə xəttində xidmət edən əsgər və zabitlərlə görüşüblər.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ön xətdə xidmət edən əsgərlərimizin vəziyyəti, xidmət və məişət şəraiti ilə tanış olub, onlarla səmimi söhbətlər aparıb, bayram sovqatı çatdırıblar.Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edənlər bayram münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıblar.
Hərbiçilər qonaqlara minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin düşmənlə üz-üzə xidmət edən əsgərlərdə ruh yüksəkliyinin artmasında böyük rol oynadığını vurğulayıblar.