Rus politoloq: “Ermənilər 2,5 milyon türkü öldürüb”
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı məşhur ictimai xadim Heydər Camal çıxış edib.Onun sözlərinə görə, Putin hazırda iki seçim qarşısında qalıb:
“Putin İrəvanda saxtalaşdırılmış “erməni soyqırımı”na həsr olunmuş tədbirə getdi. Bundan sonra Ərdoğan Putinin Ermənistana səfərini qətiyyətlə qınadı. Həmin vədə Putin Rusiyanın Türkiyəyə münasibətinin strateji xarakter daşıdığını söyləməyi bacardı. Ankarasız "Mavi axın" mümkün deyil, amma həm də Moskva hazırkı şəraitdə öz azsaylı tərəfdaşlarını atmaq imkanında deyil. Bundan əlavə, hər kəs tərəfindən bilinir ki, soyqırım ermənilər tərəfindən azərbaycanlılar və türklərə qarşı törədilib. Nəticədə 2,5 milyon türk öldürülüb, amma yalnız 500 mindən çox şəxs sənədləşdirilib. Bundan sonra Putin kimin tərəfindədir: Ankaranın, yoxsa İrəvanın?”