Babək qəsəbəsində sakinlərə səyyar xidmət göstərilir

Babək qəsəbəsində sakinlərə səyyar xidmət göstərilir backend

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyar xidmətin fəaliyyəti əhali tərəfindən böyük rəğbətlə qarşılanır.


Səyyar xidmət hazırda fəaliyyətini Babək qəsəbəsində davam etdirir.

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, “Hyundai” markalı səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqəsinin verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də məhkumluq haqqında və arxiv arayışlarının verilməsi üzrə hüquqi xidmətlər göstərilir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanı Seymur Tağıyev bildirib ki, iyunun 19-dək Nehrəm kəndində olan xidmətin əməkdaşlarına şəxsiyyət vəsiqəsi üçün 47, sürücülük vəsiqəsi üçün 25, məhkumluq arayışı üçün isə 1 nəfər müraciət edib. Səyyar xidmətin növbəti ünvanı isə Qahab kəndi olacaq.
Diaspora