Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsimeda-Lars magistralı yenidən bağlanıb.
Qaziler.az AZERTAC-a istinadən bildirir ki, yolun bağlanmasına pis hava şəraiti, yağan güclü yağış nəticəsində dağlarda başlayan torpaq sürüşməsi və bəzi ərazilərə qarın yağması səbəb olub.Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, Daryal dərəsində avtomobillərin dayanması qadağan edilib. Yollarda 100-dək minik və yük avtomobili qalıb.
Gürcüstanın müvafiq strukturları yolun təcili açılması və problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görür.