Mingəçevirdə uşaq hüquqları ilə bağlı konfrans keçirilib

Mingəçevirdə uşaq hüquqları ilə bağlı konfrans keçirilib backend

Azərbaycanda uşaq hüquqlarının qorunması, uşaqların mənafelərinin kütləvi informasiya vasitələrində diqqətlə nəzərdə saxlanılması üçün media sahəsində mövcud olan qanunvericilikdə xüsusi müddəalar var.


QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran şərtlər” mövzusunda konfransda məlumat verilib.

Mingəçevir Media Mərkəzində jurnalistlər və QHT nümayəndələri üçün təşkil edilən maarifləndirici tədbirdə çıxış edən “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edərək yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri, xəbər istehsalçılarına (ənənəvi mediada çalışan jurnalistlərə və onlayn informasiya resurslarında, sosial şəbəkələrdə xəbər yayan internet istifadəçilərinə) yayımına qanunla məhdudiyyət tətbiq edilən informasiyalar, xüsusilə yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə danışıblar.

Qeyd edilib ki, uşaqlarla müsahibə götürməyin 10 əsas şərti var. Media əməkdaşları üçün uşaqlarla bağlı kitabça da tərtib edilib. Media uşaqların vəziyyəti barədə yalnız hadisələr baş verəndə məlumat verməməlidir deyən Müşfiq Ələsgərli onu da bildirib ki, jurnalistlər bu hadisələrin yaranmasına səbəb olan prosesləri davamlı olaraq diqqətdə saxlamalı və məlumat verməlidir.

Tədbirdə iştirak edən ekspertlər yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran şərtlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Tədbir qarşılıqlı müzakirələr şəkilində davam edib.
Diaspora