Şamaxıda qədim kütləvi məzarlıq tapıldı – FOTOLAR

Şamaxıda qədim kütləvi məzarlıq tapıldı – FOTOLAR backend

Şamaxı rayonunun Dəmirçi kəndindəki “Gəgəli yurdu” deyilən ərazidə qədim məzarlıq aşkar edilib.


QAZİLƏR.AZ Modern.az-a istinadən bildirir ki, qazıntıları aparan ekspedisiya qrupu məzarlığın 3-4-cü əsrlərə aid olduğu ehtimal edir.

Tapılan məzarların 2-sində gümüş cam da aşkar edilib. Bu qəbirlərdə basdırılan şəxslərin (sərkərdələr olduğu ehtimal edilir) başları həmin gümüş camların içinə qoyulub. Onun isə altına parçalar qoyulub.

Bütün bunlar isə sübut edir ki, bu məzarlıq Azərbaycanda islamdan öncəki tarixə aiddir.

Bildirilib ki, 65 santimetrlik qılınc da tapılıb. Bundan başqa ərazidə müxtəlif saxsı qablar, döyüş alətləri və sair aşkar edilib.
Diaspora