Millət vəkili Novruz Aslanov İsmayıllı şəhərində mayın 21-də baş vermiş yağış və dolu ilə müşayiət olunan qasırğanın törətdiyi fəsadlarla tanış olmaq üçün rayona gedib.
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, qasırğa nəticəsində şəhərin elektrik, rabitə və qaz təsərrüfatlarına ciddi zərər dəyib, çoxillik ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, bir neçə yaşayış binasının və sahibkarlıq obyektinin dam örtükləri sıradan çıxıb. Novruz Aslanov bu fəsadlarla yerində tanış olub və səlahiyyətləri çərçivəsində mümkün köməkliyin ediləcəyini bildirib.
Həmin gün millət vəkili İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla birgə əmək yarmarkasında və uşaq bağçasının açılışında da iştirak edib. Həmçinin, Talıstan kəndində seçicilərini qəbul edib və onların problemləri ilə maraqlanıb.