İki bacının evindən odlu silah götürüldü - CƏLİLABADDA

İki bacının evindən odlu silah götürüldü - CƏLİLABADDA backend

Cəlilabadda iki bacının evlərindən odlu silah götürülüb. QAZİLƏR.AZ saytı LENT.AZ-a istinadən bildirir ki, Rayon Polis Şöbəsi əməkdaşları Cəlilabad şəhəri Səməd Vurğun küçəsi, ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçiriblər.

Baxış zamanı mənzildən tapança aşkarlanıb. Yaqut Hüseynovanın yaxınlıqda yaşayan bacısı Zümrüd Əliyevanın evindən isə işarəverici siqnal tipli tapança götürülüb. Silahların müvafiq sənədi olmadığı müəyyənləşib.Qadınlar silahların onlara babalarından qaldığını bildiriblər.

Fakt araşdırılır.
Diaspora