Gürcüstan parlamentinin deputatları “erməni soyqırımı qurbanlarının” xatirəsini bir dəqiqəlik sükutla anmaqdan imtina ediblər.Lent.az-ın “vesti.az”-a istinadən verdiyi məlumata görə, parlamentin bugünki iclasında Axalkalakidən olan erməni əsilli deputatı Samvel Petrosyan “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ qaldırıb.
Amma məsələ azərbaycanlı deputatlar Azər Süleymanov və Mahir Dərziyevin sərt etirazı ilə qarşılanıb. Azər Süleymanov həmkarları qarşısında ermənilərin “soyqırım” mifi , onların cinayətləri,1918- ci ildə Bakıda və Şamaxıda törətdikləri vəhşiliklər, həmçinin 1992-ci ildə baş verən Xocalı faciəsi barədə danışıb. O qeyd edib ki, parlamentdə “erməni soyqırımı”nın müzakirə olunması Gürcüstanın Türkiyə və Azərbaycanla olan əlaqələrinə kölgə salır.
Deputatlar gürcü dilində olan mətni çətinliklə oxuyan Samvel Petrosyanı dəstəkləməyiblər. Həmçinin millət vəkilləri “erməni soyqırımım qurbanlarını” bir dəqiqəlik sükutla anmaqdan imtina ediblər.