“O da istisna deyil ki, qətlin sifarişçisi Rusiya özüdür” - Politoloq Azər Rəşidoğlu

“O da istisna deyil ki, qətlin sifarişçisi Rusiya özüdür” - Politoloq Azər Rəşidoğlu backend

Rusiya səfirinin Ankarada qətli ilə bağlı tanınmış jurnalist, politoloq Azər Rəşidoğlu maraqlı açıqlama verib. O, bu barədə özünün facebook səhifəsində status yazıb. QAZİLER.AZ onun fikirlərini yayır:

“Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi sıradan məsələ deyil. Hələ dəqiq bir fikir söyləmək mümkün deyil, lakin bu məsələnin “Hələb qisası” olduğu fikrini qəbul etmirəm. Qısaca, onu deyim ki, qətlin arxasında ya birbaşa ABŞ, ya da Rusiya özü dayanır. Səfirin qətli ciddi məsələdir və proseslərə ciddi təsir göstərəcək. Zənnimcə, bu qətl Rusiya - Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək.

Əgər, qətlin sifarişçisi Ankaranın Moskva ilə münasibətlərini korlamaq istəyən qüvvələrdisə, ehtimal edirəm ki, bunun davamı olacaq və Ərdoğanı Kremlə qarşı çıxmağa vadar edəcəklər. O da istisna deyil ki, qətlin sifarişçisi Rusiya özüdür. Əgər belədirsə, Kreml Ankaranı “Türk axını”, “Suriya problemi”ndə ciddi güzəştlərə vadar edəcək və anti-Amerika siyasi kursu yeritməyə zorlayacaq. İstənilən halda səfirin qətli ilə məsələ bitməyəcək və tərəflər cavab atəşi açacaqlar”



QAZİLER.AZ
Diaspora