1 yaşı tamam olmayan xoruz gəl deyəndə gəlir, banla deyəndə banlayır
Sahibinin dediklərini olduğu kimi yerinə yetirir. Görüntüləri də elə xoruzun sahibi özü göndərib. Hoppan deyir, hoppanır, banla deyir, banlayır.Xezerxeber.az məlumat verir ki, görüntülər Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır. Rayon sakini Yadigar Cəfərov həyətində bəslədiyi xoruza bəzi təlimatları yerinə yetirməyi öyrədib.
1 yaşı tamam olmayan xoruz gəl deyəndə gəlir, banla deyəndə banlayır.
Üstəlik sahibinin qoluna da çıxıb dayanır.
Bütün bunların müqabilində isə xoruzun mükafatı afərin olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: