Qarabağda həlak olmuş sonuncu Sovet İttifaqı Qəhrəmanı - Ukraynalı “Babək“in anım günü

Qarabağda həlak olmuş sonuncu Sovet İttifaqı Qəhrəmanı - Ukraynalı “Babək“in anım günü backend

Ukraynanın Poltova vilayətində Azərbaycanın Qubadlı rayonunda azərbaycanlıları ermənilərdən xilas edərkən həlak olmuş sonuncu Sovet İttifaqı qəhrəmanı Oleq Babakın anım mərasimi keçirilib.

Bu barədə azerfax.az saytı diaspora.tv-yə istinadən xəbər verib. Anım tədbirində Ukraynanın yüksək çinli dövlət məmurları ilə yanaşı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədi Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, Liqanın üzvləri Eldar Tağıyev, Nadir Zeynalzadə, Professor Arif Quliyev də iştirak edib, şəhidin məzarı üzərinə gül dəstələri düzüblər. Mərasim iştirakçıları Oleq Babakın adını daşıyan məktəbdə onun adına açılmış muzeyi də ziyarət ediblər.

Xatırladaq ki, 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində Qubadlıya göndərilir. Burada yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.
Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Oleq Babakın həyatını xilas etdiyi Qubadlı sakinləri onu “Babək” adlandırırlar.

UABD Idarə Heyətinin növbəti yığıncağında yüzlərlə azərbaycanlının həyatını xilas etmiş Oleq Babaka Azərbaycan Milli Qəhrəmanı adının verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanacaq.
Diaspora