Azərbaycanda ilanlar uşağa hücum etdi

Azərbaycanda ilanlar uşağa hücum etdi backend

Tərtərdə rayonunda ilanlar məcburi köçkünlərin məskunlaşdığı evə hücum edib.

Missiya.Az xəbər verir ki, ev sahibəsi nəvəsinə hücum edən ilanı əlindəki bellə öldürüb.

Hadisə Ağdam rayonundan olan məcburi köçkünlərin yaşadığı "4 yol-1" qəsəbəsində baş verib.

Qəsəbə sakinləri ərazidə son vaxtlar sürünənlərin sayı çoxaldığını deyir. Ev sahibləri havaların isti keçdiyi vaxtlarda qonşuda və öz həyətyanı sahələrində kiçik ölçülü ilanlara rast gəliblər. Ancaq qış fəslində sürünənləri görünməyib.

Sakinlər ərazidə sürünənlərin sayının çoxalmasını işğal altındakı ərazilərdə yay aylarında ermənilərin yanğınlar törətməsi və həmin istiqamətdən də vəhşi heyvanların yaşayış olan ərazilərə keçməsi ilə izah edirlər.
Diaspora