Daşkəsənə güclü qar yağdı - Bəzi kəndlərdə işıq kəsildi

Daşkəsənə güclü qar yağdı - Bəzi kəndlərdə işıq kəsildi backend

Ötən gündən başlayaraq qərb bölgəsinə qar yağıb.

Qaziler.az-ın məlumatına görə, ATV.az xəbər verir ki, Daşkəsəndə rayon mərkəzində qarın hündürlüyü 30-40 sm, ucqar yerlərdə isə daha çox müşahidə edilib. Rayona yağan gözlənilməz qar mərkəzdə bir sıra çətinliklər yaradıb.

Ağırlığa dözməyən ağacların qırılan budaqları aidiyatı qurumların əməkdaşları tərəfindən yığışdırılıb. Yollarda olan qar texnika vasitəsiylə təmizlənib.

Rayon ərazisində yağan qar 6 elektrik dirəyini yerə yıxıb, 2 transfarmotoru sıradan çıxarıb. Bunun nəticəsində 14 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb. Qar 700 metrə kimi rabitə kabelinidə sıradan çıxarıb.
Diaspora