“Əsrin müqaviləsi“ndən 22 il ötür

“Əsrin müqaviləsi“ndən 22 il ötür backend

Bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasının 22 illik yubileyi qeyd edilir. Bu sənəd iri enerji layihəsinin başlanğıcı oldu.

20 sentyabr 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında “Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından 1 il sonra baş verdi.

Bütün dünyanı riqqətə gətirən bu mqavilədə Amoco, Unocal, Pennzoil, Exxon, McDermott, Britaniyadan British Petroleum və Ramco, Norveçdən Statoil, Rusiyadan LUKoil, Türkiyədən TPAO, Delta Oil Səudiyyə Ərəbistanından, Yaponiyadan İtochu şirkətləri iştirak etdi. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edirdi.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra onun iştirakçıları iş strukturları yaatdılar – İdarə Komitəsi, Azərbaycan Beynəlxaql Əməliyyat Şirkəti (AMOK) və Konsultasiya Şurası.

“Əsrin müqavbiləsi” adı təsadüfi deyil – o ölkəmizin həyatında yeni bir dövrə işarə idi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu.

Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı bu layihələr, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir.

İlk neft “Əsrin müqaviləsi” imzalandıqdan 3 il sonra çıxarılıb.

“Azəri-Çıraq-Günəşli”də neft çıxarılmasının artırılması yeni yataqların istismara verilməsi ilə əldə edildi. “Çıraq” yatağında neft hasilatı 1997-ci ildən, “Mərkəzi Azəri”də - 2005-ci ildən, “Qərbi Azəri”də 2006-cı ilin əvvəlindən, “Şərqi Azəri” – 2006-cı ilin sonundan başlayıb. “Günəşli” yatağının dərin sulu hissəsində hasilat 2008-ci ilin ortalarından başlayıb.

Bundan sonra Azərbaycanın neft-qaz potensialı bütün dünyaya təqdim edildi. Bakı-Novorossiysk və Bakı-Supsa kəməri ilə neft ötürmələri başladı, Bakı-Ceyhan neft kəməri tikildi. Beləliklə də Qara, Xəzər və Aralıq dənizi regionlarında əməkdaşlıq başladı. Sonra isə Azərbaycan tranzit ölkə rolunu oynamağa başladı.

Neft hər zaman ölkə iqtisadiyyatımızda həlledici rol oynayıb. Amma məlum olduğu kimi sovet dövründə Azərbayca neft-qaz sənayesinin əksər müəssisələri birbaşa Moskvaya tabe idi, bu isə Azərbaycanın “qara qızılı” və “mavi yanacağı”nın satışından heç bir gəlir almaması demək idi.

“Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sənayesini dirçəltdi, ölkənin enerji təhlükəsizliyini təmin etdi, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafına təkan oldu, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı.

Amma “Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə dedilən maddi gəlirlərlə məhdudlanmır. Bu müqavilənin sayəsində Azərbaycan özünü xarici investorlarlar üçün etibarlı ölkə kimi tanıtdı, bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açdı.

Bu gün Azərbaycan neftin ixracı üçün yalnız neftdollarları almır, eləcə də bir sıra ölkələrdə, məsələn, Türkiyə, Gürcüstan, Rumıniya və s. özü investor rolunda çıxış edir.

“Əsrin müqavilsi” sayəsində Azərbaycan yalnız öz enerji təhlükəsizliyini təmin etməklə qalmayib, eləcə də Avropanın enerji təhlükəsiziliyinin təminatında iştirak etməyə hazırlaşır.

Qeyd edək ki, məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün Azərbaycanda neft sahəsində çalışanlar öz peşə bayramları – Neftçi gününü qeyd edirlər.
Diaspora