Qorxduğumuz başımıza gəldi.
Deyirdik ki, dərs ilinin başlaması ilə əlaqədar yollarda hərəkət intensivliyi və təhlükə artacaq, ehtiyatlı olmaq lazımdır. Xaçmazda 13, Ağdamda isə 6 yaşlı məktəblinin avtomobillə vurulması göstərdi ki, ehtiyatlı ola bilməmişik. Bəs problemin kökündə dayanan nədir, nəzarətsiz azyaşlı, məsuliyyətsiz sürücü, yoxsa məktəb qarşısında yoxa çıxan piyada zolaqları?Qaziler.az ATV.az-a istinadən bildirir ki, mövcud durum məktəb kollektivini də narahat edir. Hətta şagirdlərin dərs sonrası gediş-gəlişinə nəzarət etmək üçün bəzi məktəblərdə xüsusi kameralar da quraşdırılıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirirlər ki, son 8 ayda qeydə alınan statistika təbliğatın daha da güclənməsinin zəruriliyini gündəmə gətirir
Qeyd edək ki, paytaxt üzrə 350-ə yaxın təhsil müəssəsindən 70-nin ətrafında yol polisi gündəlik olaraq təhlükəsizlik tədbirləri aparır.