Rayonlara sürət qatarları işləyəcək

Rayonlara sürət qatarları işləyəcək backend

Bakı Sərnişin Dəmiryolu Vağzalında yenidənqurma işlərindən sonra tamamilə yeni xidmət sahələri istifadəyə veriləcək.

Artıq Vağzalda bilet satışı olmayacaq. Bu fəaliyyət vağzalın birinci mərtəbəsində "ASAN Xidmət" tərəfindən icra olunacaq. İkinci mərtəbədə "ASAN Kommunal Mərkəzi" yerləşəcək.

Birinci mərtəbdə alış-veriş mərkəzi də olacaq, vağzalda keçmişdə olduğu kimi "dəmiryolu çörəyi", "dəmiryolu" şirniyatları kimi xoş ənənənlər bərpa olunacaq. Təmir işlərinin dekabrda yekunlaşması planlaşdırılır.

Gələn ildən isə Bakıdan regionlara da sürət qatarı olacaq. Sürət qatarı ilk olaraq Gəncəyə gedəcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətin sədri Cavid Qurbanov deyir ki, bu qatarla Gəncəyə səyahətin bileti təxminən 15 manat olacaq.

Hazırda dəmiryollarında həyata keçirilən təmir işləri qurumun gəlirləri hesabına aparılır. Ancaq bəzi lahiyələri həyata keçirmək üçün xaricdən kredit cəlb ediləcək.

Cavid Qurbanov Türkmənistanın Azərbaycan üzərindən danşınacaq yüklərinin artırmasına da diqqət çəkib.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Diaspora