Avqustun 20-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, regional mərkəz Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 900 mindən çox olan vətəndaşa xidmət göstərir.Qəbələ “ASAN xidmət” mərkəzi ölkəmizdə fəaliyyət göstərən sayca 10-cu regional qurumdur. Burada vətəndaşlara xidmət göstərən işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.
Qeyd edək ki, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.