Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrılıb - SƏRƏNCAM

Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrılıb - SƏRƏNCAM backend

Prezident İlham Əliyev avqustun 17-də “Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında” Sərəncam imzalayıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.

Qeyd edək ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.
Diaspora