Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin inşası başa çatıb.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, müasir və klassik memarlıq elementlərini özündə birləşdirən binanın ümumi sahəsi 937 kvadratmetrdir. Mərkəzdə akt, iclas və nikah mərasimi zalları, kompyuter, xarici dil kursları, elektron kitabxana, rəsm, heykəltəraşlıq və xalçaçılıq qalereyası, inzibati otaqlar, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün 3D formatında kinoteatr və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək. Hazırda Mərkəzdə mebel və digər avadanlıqlar quraşdırılır.Heydər Əliyev Mərkəzinin həyətində açıq səma altında səhnə, işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb.