Azərbaycan yenə NATO-nun təlimində iştirakdan imtina etdi

Azərbaycan yenə NATO-nun təlimində iştirakdan imtina etdi backend

Azərbaycan NATO-nun Ukraynada keçiriləcək Si-Briz-2016 təlimlərində iştirakdan imtina edib.

Bunu Qaziler.az-a Müdafiə Nazirliyindən bildiriblər.

İyulun 18-də Ukraynada ABŞ-la birgə “Si-Briz-2016” təlimlərinin başlayacağı barədə Ukraynanın Müdafiə Nazirliyi xəbər verib.

Qurumun məlumatına əsasən, təlimlər Odessa və Nikolayev vilayətlərində, həmçinin Qara dənizin şimal-qərb hissəsində keçiriləcək.

Daha öncə Azərbaycan NATO-nun Ukraynada keçirilmiş təlimlərində iştirakdan imtina etmişdi.
Diaspora