“Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi rayonunun məcburi köçkün məktəblərində “Sosial inklüziya” adlı layihə həyata keçirir.
Qaziler.az-ın məlumatına görə, İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, məcburi köçkün məktəblərində “Sosial inklüziya” layihəsinin əsas məqsədi köçkün məktəblərində pilot sosial inklüziya modelinin yaradılmasıdır. Layihə məcburi köçkün məktəblərində çalışan müəllimlərin peşəkar hazırlığını artırmaq, onların yeni təlim metodlarını mənimsəməsinə, şagirdlərin məktəb həyatında fəal iştirakına, məktəb-icma, məktəb-yerli icra orqanları arasında əlaqələrin inkişaf etdirilməsinə yardım göstərilməsinə yönəlib.Layihə çərçivəsində ilkin olaraq 6-10-cu sinif şagirdlərinin məktəb həyatında roluna və hüquqlarına dair təlimlər keçirilir.