ANAMA məlumat yaydı

ANAMA məlumat yaydı backend

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Tərtər və Astara rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan Qaziler.az-a verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndinin əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilərək götürülmüş və ərazidə əməliyyatlar növbəti gün davam etdiriləcək.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilib.
Füzuli rayonu Horadiz şəhərinin 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 1 790 kv. m ərazi yoxlanılıb.
Cəmi 3 əkin sahəsi, 3 partlayış yeri aşkar edilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 790 kv. m ərazi təmizlənib.

Astara rayonunun Ərçivan kəndində 1 ev və həyətyanı sahədə 1 ədəd partlamamış hərbi sursat (122 mm top mərmisi) aşkar edilib. Mərminin üzərində döyüş başlığı olduğu üçün növbəti gün yerində zərərsizləşdiriləcək.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən cəmi 1 ev və həyətyanı sahədə, 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilib.
Bu gün 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 3 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 1 790 kv. m ərazi təmizlənib.
Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 10 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 592 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 517 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Diaspora